Quran oxuyan möminin misalı sitrus meyvəsi kimdir, dadı və iyisi gözəldir. Quran oxumayan möminin misalı xurma kimidir, iyisi yoxdur, dadı isə şirindir
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Musa əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: "Quran oxuyan möminin misalı sitrus meyvəsi kimdir, dadı və iyisi gözəldir. Quran oxumayan möminin misalı xurma kimidir, iyisi yoxdur, dadı isə şirindir, Quran oxuyan münafiqin misalı isə reyhan kimidir, iyisi gözəl, dadı isə acıdır. Quran oxumayan münafiqin misalı isə Əbu Cəhl qarpızı kimidir, iyisi yoxdur və dadı da acıdır."
Explanation
Birinci qism: Quran oxuyan və ondan faydalanan mömin. O, sitrus meyvəsi kimidir, yaxşı dadı, qoxusu və gözəl rəngi vardır. O kəsin faydaları çoxdur, oxuduqları ilə əməl edir və Allahın qullarına fayda verir.
İkinci qism: Quran oxumayan mömin, xurma kimidir, dadı şirindir, lakin iyisi yoxdur. Onun qəlbinin imanla dolu olması, xurmanın dadının və içinin şirin
olması kimidir. Onun, insanların iyləyə biləcəyi iyisinin olmaması isə, onun, insanların qulaq asıb rahatlayacaqları Quran oxumağı olmadığına görədir.
Üçüncü qism: Quranı oxuyan münafiq. O, qəlbini imanla islah etmədiyi və Quranla əməl etmədiyi üçün xoş qoxuya malik, lakin dadı acı olan reyhan kimidir. O, insanların qarşısında özünü mömin olaraq göstərir. Gözəl ətri Quran oxumasına, acı dadı isə küfrünə bənzəyir.
Dördüncü qism: Quranı oxumayan münafiq, Əbu Cəhl qarpızına bənzəyir. Beləki, onun iyisi yoxdur və dadı da acıdır. Bu qarpızın iyisinin olmaması, münafiqin Quran oxumadığı üçün iyisinin olmamasına, dadının acı olması isə münafiqin küfrünün acılığına bənzəyir. Onun daxili imandan məhrumdur, zahiri isə faydasızdır, əksinə hətta zərərlidir.
Benefits
Tədris metodlarından biri də, başa düşməni yaxınlaşdırmaq (yaxşılaşdırmaq) üçün misallar verməkdir.
Müsəlman Uca Allahın kitabından davamlı olaraq müəyyən miqdar oxumalıdır.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

