HadeethEnc · 1.31.0
Kim bir baxıcının yanına gedərsə və ondan bir şey soruşarsa, qırx gün namazı qəbul edilməz
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bəzi xanımlarından Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: "Kim bir baxıcının yanına gedərsə və ondan bir şey soruşarsa, qırx gün namazı qəbul edilməz".
02
Explanation
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) baxıcının yanına getməyin müsəlman üçün təhlükəli olduğunu bildirir. Baxıcı - istifadə etdikləri şeylər vasitəsilə qeybi məlumatlar verən falçı, münəccim, qum üzərində fala baxanlar və bu kimi şəxslərə verilən ümumi addır. İnsanın bu kimi şəxslərdən qeyb məsələləri haqqında sadəcə bir şey soruşmasına görə, Allah onu qırx gün qıldığı namazlarının savabından məhrum edir. Bu, onun böyük günahının cəzasıdır.
03
Benefits
Kahinliyin, həmçinin kahinlərin yanına getməyin və onlara qeyb məsələləri barədə sual verməyin haramalığı.
İnsan bəzən günah etdiyinə görə cəza olaraq, itaətin savabından məhrum ola bilər.
Bu hədisdəki qadağalara hətta məlumat məqsədi olsa belə bürclər, onlara baxmaq, əlin içindəki və fincandakı falı oxumaq kimi əməllər daxildir. Çünki bütün bunlar falçılıq və qeyb elmini iddia etməkdir.
Əgər bu, baxıcının yanına gedənin cəzasıdırsa, o zaman baxıcının cəzası necə olar?
Qırx gün ərzində qılınan namaz keçərlidir, qəzasını qılmağa gərək yoxdur, lakin savabı olmayacaq.

Attribution
[Muslim rəvayət etdi]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares