Dürüstlük (doğru danışmaq) üzərinizə vacibdir, çünki dürüstlük xeyirə, xeyir isə cənnətə aparır
Choose an available translation of this Hadeeth
Hadeeth text
Abdullah bin Məsuddan (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Dürüstlük (doğru danışmaq) üzərinizə vacibdir, çünki dürüstlük xeyirə, xeyir isə cənnətə aparır, insan o qədər doğru danışar və ona bağlı qalar ki, hətta Allah yanında doğru danışan kimi yazılar. Yalandan çəkinin, çünki, yalan pisliyə, pislik isə cəhənnəmə aparır. İnsan o qədər yalan danışar və ona bağlı qalar ki, hətta Allah yanında yalançı kimi yazılar".
Explanation
İnsan gizli və aşkarda dürüstlüyə davam etdikcə "siddiq" adını qazanmağı haqq edər. Bu dürüstlük sözünün mübaliğə (gücləndirilmiş) şəklidir. Sonra o (Allahın salavatı və salamı onun üzərinə olsun), yalan və batil söz danışmaqdan çəkindirmişdir. Çünki, yalan (insanı) doğru yoldan kənara çıxmağa, şərrə, fitnə-fəsad və günah əməllərə sövq edir ki, bu da sonra onu cəhənnəmə aparır və (insan) o qədər çox yalan danışmağa davam edər ki, Allah yanında yalançılardan yazılar.
Benefits
Yalan məzəmmət olunan (pislənən) bir əxlaqdır, onun sahibi bunu uzun müddət sözdə və əməldə işləməklə qazanar ki, hətta artıq onun əxlaq və xasiyyətinə çevrilər, sonra da həmin kəs Allah yanında yalançılardan yazılar.
Dürüstlük yalanın əksi olan dilin doğruluğunu, ixlas olan niyyətin düzgünlüyünü və niyyət edilən xeyirə əzmkarlıqda sadiqliyi, əməldə dürüstlüyü - bu da ən azından gizli və aşkar halın bərabər olmasıdır - ümid, qorxu və digər məqamlarda doğruluğu ifadə edir. Bunların hamısı kimdə olarsa o, siddiq olar, bunların bəzisi kimdə olarsa, o, sadiq olar.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

