Güclü mömin zəif mömindən daha xeyirli və Allaha daha sevimlidir. Və hər ikisində də xeyir vardır
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Güclü mömin zəif mömindən daha xeyirli və Allaha daha sevimlidir. Və hər ikisində də xeyir vardır. Sənə faydalı olan şeylərə həris ol. Allahdan yardım istə və acizlik etmə. Başına bir müsibət gəldiyi zaman "əgər belə etsəydim bu cür olardı, belə olardı" demə. Lakin de ki, "Allahın qədəridir və O, istədiyini edir". Çünki "əgər" kəliməsi şeytanın edəcəyi işlərə qapı açır".
Explanation
Benefits
Əməllərdə qüvvətli olmağın sevilməsi, çünki güc ilə əldə edilən faydalar zəifliklə əldə edilmir.
İnsan özünə fayda verən şeylərə həris olmalı, ona fayda verməyən şeyləri isə tərk etməlidir.
Mömin bütün işlərində Allahdan kömək istəməli, özünə güvənməməlidir.
Qəza və qədəri isbat etmək. Bu xeyir əldə etmək üçün səbəblərdən yapışmağı və çalışmağı inkar etmir.
Müsibət zamanı qəzəblənərək "əgər" deməyin qadağan edilməsi və Uca Allahın qəza və qədərinə etiraz etməyin haramlığı.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

