Allaha ən sevimli olan dörd kəlimə vardır: Subhanallah (Allah nöqsanlardan pakdır), əlhəmdulilləh (həmd yalnız Allaha məxsusdur), ləə iləhə illəllah (Allahdan başqa ibadətə layiq ilah yoxdur), Allahu əkbər (Allah ən böyükdür). Hansıyla başlasan zərəri olmaz
Choose an available translation of this Hadeeth
Hadeeth text
Səmura bin Cundəbdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Allaha ən sevimli olan dörd kəlimə vardır: Subhanallah (Allah nöqsanlardan pakdır), əlhəmdulilləh (həmd yalnız Allaha məxsusdur), ləə iləhə illəllah (Allahdan başqa ibadətə layiq ilah yoxdur), Allahu əkbər (Allah ən böyükdür). Hansıyla başlasan zərəri olmaz".
Explanation
Subhanallah: Yəni uca Allahın bütün nöqsanlardan uzaq olması.
Əlhəmdulilləh: Bu, sevgi və təzim bəsləməklə Allahı ən mükəmməl sifətlə vəsf etməkdir.
Lə iləhə illəllah: Yəni, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur.
Allahu əkbər: Yəni, O hər şeydən ən izzətli, ən əzəmətli, ən böyükdür.
Bu fəziləti və savabını əldə etmək üçün bu kəlimələri tələffüz edərkən onları sıra qaydasında söyləmək vacib deyildir.
Benefits
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

