Kim sübh namazını qılarsa, Allah onu himayəsi altına alar
Choose an available translation of this Hadeeth
Hadeeth text
Cundub bin Abdullah əl-Qasridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Kim sübh namazını qılarsa, Allah onu himayəsi altına alar. Ona görə Allahın himayəsi altında olan kəsə əziyyət verməkdən çəkinin və özünüz də bu əhdi, himayəni pozmayın, kim bunu edərsə cəzaya uğrayar və cəhənnəmə üzü üstə atılar".
Explanation
Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbərdarlıq edir ki, sübh namazını tərk etmək, həmçinin sübh namazını qılan kəsə əngəl törədmək, ona zor tətbiq etmək, əhdin (himayənin) pozulmasına və onun ləğvinə gətirib çıxarar. Kim bunu edərsə, Allahdan uzaqlaşar, Onun haqqını ödəməkdə səhlənkar olduğu üçün şiddətli təhdidə layiq olar, o üzü üstə cəhənnəmə atılar.
Benefits
Sübh namazını qılan insana əngəl törətməkdən şiddətli çəkindirmə.
Uca Allahın saleh qullarına pislik edənlərdən intiqam alması.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

