HadeethEnc · 1.31.0
Kim dəstəmaz alar və onu kamil şəkildə yerinə yetirərsə, sonra cümə namazına gedər, dinləyər və sakit durarsa, onunla növbəti cümə arasındakı və əlavə üç günlük günahları bağışlanar
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
Əbu Hureyradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: "Kim dəstəmaz alar və onu kamil şəkildə yerinə yetirərsə, sonra cümə namazına gedər, dinləyər və sakit durarsa, onunla növbəti cümə arasındakı və əlavə üç günlük günahları bağışlanar və hər kim kiçik daşlarla oynayarsa, artıq boş işlə məşğul olmuş (cümənin savabını itirmiş) olar."
02
Explanation
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, kim dəstəmaz alar və onun ruknlarını tamamlayaraq, sünnət və ədəblərinə əməl etməklə gözəl şəkildə yerinə yetirərsə, sonra cümə namazına gedib, susaraq xütbə verəni dinləyərsə və boş söhbət etməzsə, bu cümə namazından ikinci cüməyə və üç gün də əlavə olaraq on günlük kiçik günahlarını Allah bağışlayar. Çünki yaxşı əməlin savabı on qat artırılar. Sonra o, (Allahın salavatı və salamı onun üzərinə olsun) xütbə zamanı bədən əzaları ilə daşlara toxunmaq və digər bu kimi boş işlərlə məşğul olub, xütbədə deyilən nəsihətlərə qəlbin yönəlməməsindən çəkindirmişdir. Belə ki, kim bunu edərsə, artıq boş işlə məşğul olmuşdur və kim boş işlə məşğul olarsa, onun cümə namazının kamil savabından bir payı yoxdur.
03
Benefits
Dəstəmaz almağa və onu kamil şəkildə tamamlamağa və cümə namazına riayət etməyə (davamlı qılmağa) təşviq etmək.
Cümə namazının fəziləti.
Cümə xütbəsinə sakitcə qulaq asmaq, söhbət və ya başqa bir şeylə məşğul olaraq ondan yayınmamaq lazımdır.
Xütbə əsnasında boş işlə məşğul olanın cümə namazı keçərli olub, üzərindəki fərzi düşürmüş olur (cümə fərzi yerinə yetirilmiş sayılır), lakin bununla yanaşı namazın savabı naqis olur.
Cümə namazının fəziləti.
Cümə xütbəsinə sakitcə qulaq asmaq, söhbət və ya başqa bir şeylə məşğul olaraq ondan yayınmamaq lazımdır.
Xütbə əsnasında boş işlə məşğul olanın cümə namazı keçərli olub, üzərindəki fərzi düşürmüş olur (cümə fərzi yerinə yetirilmiş sayılır), lakin bununla yanaşı namazın savabı naqis olur.
Attribution
[Muslim rəvayət etdi]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

