Ey qullarım, Mən zülmü Özümə haram etdim və sizin də aranızda onu haram buyurdum, elə isə bir-birinizə zülm etməyin
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Zərrdən (Allah odan razı olsun) belə ediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Uca Allahdan belə rəvayət etmişdir: "Ey qullarım, Mən zülmü Özümə haram etdim və sizin də aranızda onu haram buyurdum, elə isə bir-birinizə zülm etməyin. Ey qullarım! Hidayət verdiyim kəslərdən başqa hamınız zəlalətdəsiniz, elə isə Məndən hidayət diləyin, sizi doğru yola yönəldim. Ey qullarım! Mənim yedirdiyim kəslərdən başqa hamınız acsınız, elə isə Məndən yemək istəyin, sizi yedirdim. Ey qullarım! Mənim geyindirdiyim kəslərdən başqa hamınız çıplaqsınız! Elə isə Məndən geyim istəyin, sizi geyindirim. Ey qullarım! Siz gecə-gündüz günah işlər görürsünüz. Mən isə bu günahların hamısını bağışlayıram. Elə isə Məndən bağışlanma diləyin, Mən də sizi bağışlayım. Ey qullarım! Siz heç vaxt Mənə zərər verə bilməzsiniz və siz heç vaxt Mənə fayda verə bilməzsiniz. Ey qullarım! Əgər sizdən əvvəlkilər və sonrakılar, insanlarınız və cinləriniz bütövlüklə, aranızda Allahdan ən çox qorxan adamın qəlbinə sahib olsalar belə, bu, Mənim mülkümdə bir şeyi belə artırmaz. Ey qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insanlarınız və cinləriniz bütövlüklə, aranızdakı ən günahkar adamın qəlbinə sahib olsalar belə, bu, Mənim mülkümdən heç nəyi əskiltməz. Ey qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insanlarınız və cinləriniz bir yerə toplanıb Məndən istəsələr və Mən onların hər birinin istədiyini versəm, bu, sanki nəhəng dənizə iynəni batırıb çıxaran zaman dəniz suyunun əskilmədiyi kimi, Mənim də mülkümdən heçnə əskilməz. Ey qullarım, bu sizin əməllərinizdir. Onları sizin üçün hesaba alıram, sonra əvəzini verəcəm. Odur ki, kim xeyir tapsa, Allaha həmd etsin, əks halda qoy kimsə özündən başqa heç kəsi qınamasın”.
Explanation
Pak olan Allah qulların əməllərini qoruyub onlar üçün sayır, sonra Qiyamət günü onların qarşılığını verəcək. Kim əməlinə görə xeyirlə mükafatlanarsa, Allaha itaətə müvəffəq olduğu üçün Ona həmd etsin, kimin əməlinin nəticəsi xeyirli olmazsa , onu ziyana sürükləyən pis nəfsindən başqa heç kimi qınamasın.
Benefits
Qulun əldə etdiyi elm və hidayət, Allahın hidayəti və təlimi ilə baş verir.
Qulun xeyirə nail olması uca Allahın lütfündən, başına gələn şər isə öz nəfsindən və nəfsinin tamahındandır.
Kim xeyir iş görərsə, bu Allahın onu müvəffəq etməsinə görədir, mükafatı Onun lütfüdür və həmd Ona məxsusdur. Kim də pis əməl sahibidirsə, özündən başqa heç kimi qınamasın.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

