Adəm övladı qarnından daha şərli bir qab doldurmamışdır. İnsana, belini dik tutacaq bir neçə loxma kifayət edər. Əgər bu kifayət etməzsə, o zaman qarnının üçdə birini yeməyinə, üçdə birini içkisinə, üçdə birini isə nəfəsinə ayırmalıdır
Choose an available translation of this Hadeeth
Hadeeth text
Miqdəm bin Mə'di Kərib (Allah ondan razı olsun) belə demişdir: Mən Allah Rəsulunun (salləllahu aleyhi va səlləm) belə dediyini eşitdim: "Adəm övladı qarnından daha şərli bir qab doldurmamışdır. İnsana, belini dik tutacaq bir neçə loxma kifayət edər. Əgər bu kifayət etməzsə, o zaman qarnının üçdə birini yeməyinə, üçdə birini içkisinə, üçdə birini isə nəfəsinə ayırmalıdır".
Explanation
Benefits
Yeməkdə məqsəd həyatın təhlükəsizliyini təmin edən sağlamlıq və gücün qorunmasıdır.
Qarının yeməklə doldurulmasının həm bədənə, həm də dinə zərərləri vardır. Ömər (Allah ondan razı olsun) belə demişdir: "Çox yeməkdən çəkinin, çünki o bədənə zərər verir və namaza qarşı tənbəllik yaradır".
Yemək hökm baxımından bir neçə hissəyə bölünür: Vacib yemək: Bu, həyatın qorunması üçün zəruri sayılan, tərk edildikdə isə zərərə səbəb olan qidadır. İcazəli yemək: Bu, vacib miqdardan artıq olan, lakin zərər verməsindən qorxulmayan qidadır. Məkruh yemək: Bu, zərər verməsindən ehtiyat edilən (çəkinilən) qidadır. Haram yemək: Bu, zərərli olduğu bilinən qidadır. Müstəhəb yemək: Bu, Allaha ibadət və itaətdə insana yardım edən qidadır. Bütün bunlar bu hədisdə üç mərtəbədə qısaca ifadə edilmişdir. Birincisi: Qarının doldurulması. İkincisi: İnsanı ayaqda saxlayacaq qədər bir neçə loxma yaxud bir neçə tikə yemək. Üçüncüsü: Peyğəmbərin (sallallahu əleyhi va səlləm) bu kəlamıdır: "Qarnının üçdə birini yeməyinə, üçdə birini içkisinə, üçdə birini isə nəfəsinə ayırmalıdır". Bütün bunlar halal yemək növünə aiddir".
Bu hədis, tibb elminin qaydalarından bir qaydadır. Çünki tibb elmi üç əsas prinsip üzərində qurulmuşdur: Gücün qorunması, pəhriz və zərərli maddələrin ifraz olunması. Hədis isə bu prinsiplərdən ilk ikisini əhatə edir. Uca Allah buyurur: "Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevməz". (Əraf: 31).
İslam şəriətin kamilliyi. Belə ki, o insanın həm dini, həm də dünyəvi mənafelərini özündə cəmləşdirmişdir.
Şəriət elmləri arasında tibbin əsasları və onun bəzi növləri də mövcuddur. Necə ki, dini mənbələrdə bal və qara zirə haqqında məlumat verilmişdir.
Şəriət hökmləri özündə hikməti əhatə edir. Çünki onlar fəsadların qarşısını almaq və mənafeləri təmin etmək üzərində qurulmuşdur.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

