HadeethEnc · 1.31.0
Səni şübhəyə salan şeyi, şübhəyə salmayan şeylə dəyiş. Çünki düzlük arxayınlıqdır, yalan isə şübhədir
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
Əbu əl-Həvra əs-Sədi rəvayət edir ki, mən Həsən bin Əliyə (Allah onların hər ikisindən razı olsun) dedim: Sən Allahın Rəsulundan (sallallahu aleyhi və səlləm) nə əzbərləmisən? O, dedi: Mən Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) bunu əzbərləmişəm: "Səni şübhəyə salan şeyi, şübhəyə salmayan şeylə dəyiş. Çünki düzlük arxayınlıqdır, yalan isə şübhədir".
02
Explanation
Peyğəmbər (sallallahu aleyhi və səlləm) qadağan olub-olmamasında, haram və ya halal olub-olmamasında şəkk etdiyin söz və əməlləri, şəkk etmədiyin, yaxşı və caiz olduğuna əmin olduğun şeylərlə dəyişməyi əmr etmişdir. Çünki qəlb, yaxşı və caiz olanla arxayınlıq və rahatlıq tapır. Şübhə olan hər bir şey isə qəlbin narahat və təlaş içərisində olmasına səbəb olur.
03
Benefits
Müsəlman öz işlərini yəqinlik üzərində qurmalı, şübhəli olan şeyləri tərk etməli və dinində bəsirətli olmalıdır.
Şübhəli şeylərə düşməyin qadağan olunması.
Əgər arxayınlıq və rahatlıq istəyirsənsə, şübhə etdiyin şeyi tərk et və onu bir kənara qoy.
Allahın qullarına olan rəhməti. Belə ki, Uca Allah onlara nəfsə və ağıla rahatlıq gətirən işləri əmr etmiş, onları narahatlıq və çaşqınlıqa salan şeylərdən isə çəkindirmişdir.

Attribution
[رواه الترمذي والنسائي وأحمد]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares