Əməllər niyyətlərə görədir, hər kəsə niyyətinə görə verilir
Choose an available translation of this Hadeeth
Hadeeth text
Ömər bin Əl-Xattabdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Əməllər niyyətə görədir, həqiqətən insan niyyəti üzərindədir, kimin hicrəti Allah və rəsulu üçün olarsa, onun hicrəti Allah və rəsulu üçündür, kimin hicrəti əldə edəcəyi dünya və evlənəcəyi qadın olarsa, hicrəti də niyyətinə uyğun olar".
Buxarinin ləfzində: "Əməllər niyyətlərə görədir, hər kəsə niyyətinə görə verilir."
Explanation
Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) edilən əməllərin zahirinə görə bənzər olmasına baxmayaraq, onlara niyyətin təsirini bəyan etmək üçün misal çəkərək bildirir ki, kim hicrəti və vətənini tərk etməklə Rəbbinin razılığını umarsa, onun hicrəti qəbul edilmiş şərii hicrətdir, niyyətinin doğruluğuna görə savab qazanacaq, kim hicrətiylə mal-dövlət, şöhrət, ticarət, evlənəcəyi qadın kimi dünyəvi mənfəət güdərsə, hicrətindən yalnız niyyət etdiyi mənfəəti əldə edəcək, lakin əcr və savab qazanmayacaq.
Benefits
İzzət və cəlal sahibi olan Allaha yaxınlaşdıran əməlləri mükəlləf olan insan adət olaraq edərsə, bunları Allah üçün etmədikcə, savab əldə etməz.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

