İnsanların ilkin peyğəmbəlik kəlamından bildikləri sözlərdən biri: Utanmırsansa, istədiyini et" - sözüdür
Choose an available translation of this Hadeeth
Hadeeth text
Abu Məsuddan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir: "İnsanların ilkin peyğəmbəlik kəlamından bildikləri sözlərdən biri: Utanmırsansa, istədiyini et" - sözüdür.
Explanation
Benefits
Həya, Peyğəmbərlərin (əleyhimu-ssələm) xüsusiyyətlərindəndir və onlardan bizə gəlib çatan şeylərdəndir.
Həya, müsəlmanı şərəfli və gözəl işlər görməyə, pis və çirkin işlərdən əl çəkməyə vadar edir.
ən-Nəvəvi demişdir: "Hədisdəki əmr, bunun caiz olduğunu bildirir. Yəni: Bir işi görmək istədikdə, əgər o iş, Allahdan və ya insanlardan utanmayacağın bir işdirsə, onu et, əks halda etmə. İslamın əsası da bunun üzərindədır. Bunun əsas səbəbi odur ki, əmr edilən vacib və ya müstəhəb olanı tərk etməkdən, qadağan edilən haram və məkruh olanı isə etməkdən - utanmaq lazımdır. Amma mübah olan bir şeyə gəldikdə isə onu etməkdən və ya etməməkdən utanmaq caizdir. Hədisdə beş hökm vardır. Bəziləri bunun: hədə-qorxu şəklində bir əmr olduğunu deyib. Bunun mənası belədir: Əgər həya səndən uzaqlaşdırılarsa, o zaman nə istəyirsən et. Allah sənə bunun əvəzini verəcəkdir. Bəziləri isə bunun: xəbər mənasında bir əmr olduğunu deyib. Yəni: Utanmayan kimsə istədiyini edər.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

