HadeethEnc · 1.31.0
Kim Qədr gecəsini imanla və savabını yalnız Allahdan umaraq ibadətlə keçirərsə, o kəsin keçmiş günahları bağışlanar
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Kim Qədr gecəsini imanla və savabını yalnız Allahdan umaraq ibadətlə keçirərsə, o kəsin keçmiş günahları bağışlanar".
02
Explanation
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Ramazan ayının son on gecəsində olan Qədr gecəsini ibadətlə keçirməyin fəziləti barədə xəbər vermiş və bildirmişdir ki, kim bu gecəni namaz qılmaqla, Quran oxumaqla, dua və zikr etməklə keçirib, həmin gecənin varlığına və fəzilətinə iman gətirər, bu əməllərin savabını yalnız Allahdan umar, riyadan və şan-şöhrətdən uzaq durarsa, Allah onun keçmiş günahlarını bağışlayar.
03
Benefits
Qədr gecəsinin fəziləti və onu ibadətlə keçirməyə təşviq.
Saleh əməllər yalnız səmimi, doğru niyyətlə qəbul edilir.
Allahın qullarına lütfü və rəhmətidir ki, hər kimsə imanla və savabını yalnız Allahdan umaraq Qədr gecəsini ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar.
Saleh əməllər yalnız səmimi, doğru niyyətlə qəbul edilir.
Allahın qullarına lütfü və rəhmətidir ki, hər kimsə imanla və savabını yalnız Allahdan umaraq Qədr gecəsini ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar.
Attribution
[Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

