(Bədbinlik etiqadı ilə) quş uçurmaq şirkdir" - üç dəfə təkrarladı. Bizdən hər birimizin ağlına belə bir fikir gələ bilər, lakin izzət və cəlal sahibi olan Allah onu bizim qəlblərimizdən təvəkkül etməklə uzaqlaşdırır
Choose an available translation of this Hadeeth
Hadeeth text
Abdullah bin Məsuddan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "(Bədbinlik etiqadı ilə) quş uçurmaq şirkdir" - üç dəfə təkrarladı. Bizdən hər birimizin ağlına belə bir fikir gələ bilər, lakin izzət və cəlal sahibi olan Allah onu bizim qəlblərimizdən təvəkkül etməklə uzaqlaşdırır.
Explanation
İbn Məsud (Allah ondan razı olsun) qeyd edir ki, bəzən müsəlmanın qəlbində bədbinlik düşüncəsi yer ala bilər, lakin müsəlman səbəbləri tətbiq etməklə Allaha təvəkkül edib, həmin düşüncələrin qarşısını almalıdır.
Benefits
Mühüm məsələlərin yadda qalması və qəlbdə qərar tutması üçün təkrarlanmasının əhəmiyyəti.
Bədbinlik Uca Allaha təvəkkül etməklə aradan qaldırılır.
Yalnız Allaha təvəkkül etmək və qəlbin Ona bağlılığın əmr edilməsi.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

