HadeethEnc · 1.31.0
Kim doğru yola dəvət edərsə, o kəs, arxasınca gedənlərin savabı qədər savab qazanar və bu onların savablarından heç nəyi əksiltməz
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: "Kim doğru yola dəvət edərsə, o kəs, arxasınca gedənlərin savabı qədər savab qazanar və bu onların savablarından heç nəyi əksiltməz, kim də zəlalətə dəvət edərsə, onun arxasınca gedənlərin günahı qədər günah qazanar və bu onların günahından heç nəyi əksiltməz".
02
Explanation
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) açıq-aydın bildirmişdir ki, kim insanları söz və ya əməllə, haqq və xeyir yoluna irşad etsə, yönəltsə və təşviq etsə, mükafatı, ona tabe olan kəslərin mükafatı qədər olacaq və buna görə ona tabe olanların mükafatından heç bir şey azalmayacaq. Kim insanları söz və ya əməllə, batil yola, günah, şərr və ya haram bir işə yönəltsə, ona tabe olanların günahı qədər günah qazanacaq və ona tabe olanların günahlarından da heçnə əksilməyəcək.
03
Benefits
İstər az olsun, istərsə də çox- doğru yola dəvətin fəziləti və dəvət edənin mükafatı, əməl edənin əldə etdiyi mükafat qədər, eynilə həmin mükafata sahib olması. Bu da Allahın böyük lütfündən və səxavətinin kamilliyindəndir.
Zəlalətə çağırışın istər az, istərsə də çox olması təhlükəlidir və bu yola çağıran da o əməli edən qədər günah qazanar.
Əməlin mükafatı və yaxud cəzası, onun növündəndir, kim xeyirə dəvət edərsə, bu xeyirə əməl edənin mükafatı qədər savab qazanar. Kim isə şərr əməllərə dəvət edərsə, bu əməli törədənin günahı qədər günah qazanar.
Müsəlman, insanların gözü önündə günah işlərdə nümunə olmaqdan çəkinməlidir, çünki onu özünə örnək götürən insanları günaha təşviq etməsə belə onların törətdiyi günahlara görə də günah daşıyır.

Attribution
[Muslim rəvayət etdi]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares