Evlərinizi qəbirsanlıqlara və mənim qəbrimi də ziyarətgaha çevirməyin, mənə salavat (salallahu aleyhi va səlləm) deyin, siz harada olsanız, dediyiniz salavatlar mənə çatar
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Hureyrə - Allah ondan razı olsun - rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi va səlləm - belə demişdir: "Evlərinizi qəbirsanlıqlara və mənim qəbrimi də ziyarətgaha çevirməyin, mənə salavat (salallahu aleyhi va səlləm) deyin, siz harada olsanız, dediyiniz salavatlar mənə çatar".
Explanation
Benefits
Peyğəmbərin - salləllahu aleyhi va səlləm - qəbrini ziyarət etmək üçün səfərə çıxmaq qadağan olunmuşdur. Çünki Peyğəmbər - salləllahu aleyhi va səlləm - ona salavat deməyi əmr etmiş və harada olmasından asılı olmayaraq, deyilən salavatın ona çatacağını xəbər vermişdir. Ancaq Peyğəmbərin - salləllahu aleyhi va səlləm - məscidini ziyarət etmək və orada namaz qılmaq məqsədi ilə səfərə çıxıla bilər.
Peyğəmbərin - salləllahu aleyhi va səlləm - qəbrinin müəyyən zamanlarda xüsusu bir qaydada təkrar-təkrar ziyarət edilərək bayram yerinə çevirməyin və həmçinin bu qaydada digər qəbirləri də ziyarət etməyin haram olması.
Peyğəmbər - salləllahu aleyhi va səlləm - Rəbbi yanında hörmət sahibidir. Elə buna görə də Uca Allah Peyğəmbərə - salləllahu aleyhi va səlləm - hər bir zamanda və hər bir məkanda salavat deməyi dinin ayinlərindən etmişdir.
Belə ki, qəbirlər yanında namaz qılmağın qadağan olması səhabələr tərəfindən qəbul olunmuşdur. Buna görə Peyğəmbər - salləllahu aleyhi va səlləm - qəbirsanlıqlarda namaz qılınmadığı kimi evlərin də o hala gətirilməsini qadağan etmişdir.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

