HadeethEnc · 1.31.0
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) öz otağında, pərdə arxasında olan bakirə qızdan daha həyalı idi, sevmədiyi bir şey gördüyündə, biz bunu onun üzündən anlayardıq
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) öz otağında, pərdə arxasında olan bakirə qızdan daha həyalı idi, sevmədiyi bir şey gördüyündə, biz bunu onun üzündən anlayardıq.
02
Explanation
Əbu Səid Əl-Xudri (Allah ondan razı olsun) xəbər verir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) evlənməmiş və kişilərə qarışmamış, evində gizlənən bakirə qızdan daha utancaq idi və şiddətli həyasına görə, əgər bir şeyi xoşlamadıqda, üzü dəyişər və danışmazdı, lakin, onun sahabələri bu şeyi sevmədiyini onun üzündən anlayardılar.
03
Benefits
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) həyalı olmasının bəyanı. Məhz bu böyük əxlaqdır.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) həyası, Allahın qadağaları pozulmadığı müddətcə idi. Lakin onlar pozulardısa, o (Allahın salavatı və salamı onun üzərinə olsun) qəzəblənər, səhabələrinə əmr və qadağalar edərdi.
Həyalı olmağa təşviq; çünki o insanı gözəl əməl işləməyə və çirkinlikləri tərk etməyə sövq edir.

Attribution
[Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares