Dünya şirin və valehedicidir. Həqiqətən, Allah sizi dünyaya varis təyin etmiş və ondan necə istifadə edəcəyinizə nəzarət edir. Dünyadan qorxun! Qadınlardan qorxun!
Choose an available translation of this Hadeeth
Hadeeth text
Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Dünya şirin və valehedicidir. Həqiqətən, Allah sizi dünyaya varis təyin etmiş və ondan necə istifadə edəcəyinizə nəzarət edir. Dünyadan qorxun! Qadınlardan qorxun!. Həqiqətən İsrail oğullarının ilk dəfə azmaları (fitnəyə düşmələri) qadınlar səbəbindən olmuşdur”.
Explanation
Benefits
Qadınların fitnəsindən kişiləri çəkindirmək: onlara baxmaq, onların yad kişilərlə qaynayıb-qarışmağına laqeyid yanaşmaq və sairə bu kimi əməllərin qadağan edilməsi.
Qadınların fitnəsi dünyanın ən böyük fitnələrindəndir.
Keçmiş xalqlardan ibrət götürmək, İsrail oğullarının başına gələnlər, başqalarının da başına gələ bilər.
Həyat yoldaşı misalında qadınların fitnəsi, kişini gücü çatmadığı xərclərə vadar etməsi, onu dinlə əlaqəli əməllərdən yayındırması və onun dünya ləzzətlərinə həris olmağa sövq etməsidir. Naməhrəm qadın fitnəsi isə, qadın evdən kənara çıxıb yad kişilərlə qaynayıb-qarışarsa, xüsusən də açıq-saçıq və bər-bəzəkli geyinərsə, bu halda onun fitnəsi kişiləri yoldan çıxarar, onları haqdan uzaqlaşdıra bilər. Bəzən bu zinaya gətirib çıxara bilər (və ya onun müxtəlif formalarına). Buna görə, də mömin Allaha sarılmalı və onların fitnələrindən xilas olmaq üçün Ona üz tutmalıdır.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

