Ən böyük günahlar: Allaha şərik qoşmaq, valideyinlərin üzünə ağ olmaq, adam öldürmək və yalandan (Allaha) and içməkdir
Choose an available translation of this Hadeeth
Hadeeth text
Abdullah bin Amr bin As (Allah ondan və atasından razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Ən böyük günahlar: Allaha şərik qoşmaq, valideyinlərin üzünə ağ olmaq, adam öldürmək və yalandan (Allaha) and içməkdir".
Explanation
Bunların birincisi: Allaha şərik qoşmaqdır. Bu, hər hansı bir ibadət növünü Allahdan başqasına sərf etməkdir. Həmçinin, Uca Allahdan başqasını, Allaha aid olan uluhiyyət, rububiyyət, ad və sifətlərlə bağlı xüsuslarda Allahla bərabər tutmaqdır.
İkincisi: Valideyinlərin üzünə ağ olmaq. Bura, söz və əməl olmasından aslı olmayaraq, ata-anaya qarşı edilən bütün növ əziyyətlər və həmçinin onlara yaxşılıq etməyi tərk etmək də daxildir.
Üçüncüsü: Haqsız yerə adam öldürməkdir. Zülüm və düşmənçilik edərək adam öldürmək da bura daxildir.
Dördüncüsü: Yalan söylədiyini bildiyi halda, yalandan (Allaha) and içməkdir. Andın bu növü, sahibini Cəhənnəmə saldığı yaxud günaha batırdığı üçün ərəb dilində "əl-Yəminul-Ğamus" olaraq adlandırılmışdır.
Benefits
Hədisdə sadəcə bu dörd böyük günahın zikr edilməsi, bu günahların nə qədər böyük günah olduğunu göstərir. Çünki böyük günahlar yalnız bu günahlardan ibarət deyildir.
Günahlar, böyük və kiçik olmaqla iki qismə bölünür. Böyük günahlar: Hədd və lənət kimi dünyada cəzası olan yaxud Cəhənnəmə daxil olmaq kimi axirətdə cəzası olan bütün günahlardır. Böyük günahların bəzisi haramlıq baxımından diğərlərindən daha şiddətlidir. Böyük günahlar xaricində qalan günahlar isə kiçik günahlardır.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

