HadeethEnc · 1.31.0
Biz (heyzdən) təmizləndikdən sonra gördüyümüz bulanıqlığı və sarılığı bir şey (heyzdən) hesab etməzdik
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) beyət edən Ummu Atiyyədən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: "Biz (heyzdən) təmizləndikdən sonra gördüyümüz bulanıqlığı və sarılığı bir şey (heyzdən) hesab etməzdik."
02
Explanation
Səhabə Ummu Attiyyə (Allah ondan razı olsun) xəbər vermişdir ki, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) zamanında qadınlar heyzdən təmizləndikdən sonra cinsiyyət üzvündən çıxan və rəngi qaraya və ya sarıya çalan suyu heyzdən saymazdılar və buna görə namazı və orucu tərk etməzdilər.
03
Benefits
Heyzdən təmizləndikdən sonra qadının cinsiyyət oqranından çıxan suda, qandan qaynaqlanan bulanıqlıq və sarılıq olsa da belə, o su heyz sayılmır.
Heyz zamanı gələn bulanıq və sarı axıntı heyz sayılır. Çünki o su ilə qarışmış olsa da belə, öz vaxtında gələn qandır.
Qadın heyzdən təmizləndikdən sonra yaranan bulanıqlığa və sarılığa görə namazı və orucu tərk etməməlidir, əksinə, dəstəmaz alıb namaz qılmalıdır.

Attribution
[رواه أبو داود بهذا اللفظ ورواه البخاري بدون زيادة (بعد الطهر)]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares